Bu şəxslər 65 yaşından tez pensiyaya ÇIXACAQ
06 May 2025, 15:24
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1340
24.01.2025, 13:24
Səhiyyə Nazirliyi və TƏBİB ötən il dekabrın 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində yaralanlarla bağlı birgə məlumat yayıb.
Oxu24.com birgə məlumata istinadən xəbər verir ki, hadisədən dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb.
Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müvafiq tədbirlər üçün zəruri tapşırıqlar verilib.
Bildirilib ki, müvafiq tapşırıqların ardından qəza nəticəsində yaralanan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunub və zərərçəkənlərin müalicəsi üçün lazımi şərait yaradılıb:
“Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib.
Həmçinin oxuyun
Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib.
Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar.
Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda 4 pasiyentin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1 nəfərin vəziyyəti ağır stabil, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir”, - məlumatda vurğulanıb.
16:59 / 06 May 2025
Zaxarova deyib ki, Zelenski veteranları ələ salır
3
16:55 / 06 May 2025
Yaşı 30-u keçən şəxslər mayda əsgərliyə ÇAĞIRILACAQ? - Rəsmi məlumat
3
16:43 / 06 May 2025
Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi
9
16:39 / 06 May 2025
Apple yaxın illərdə Hindistanda iPhone istehsal etməyi planlaşdırır
10
16:33 / 06 May 2025
Prezident fərman imzaladı
15
16:30 / 06 May 2025
Avropada qazın qiyməti qalxdı
14
16:18 / 06 May 2025
SON DƏQİQƏ! Prezident mühüm vəzifələrə təyinatlar edib — ADLAR
774
16:15 / 06 May 2025
Kad;rov gedir
18
16:07 / 06 May 2025
İsraildən təcili xəbərdarlıq
20
16:00 / 06 May 2025
Fuad Əsgərov da kriptovalyuta qurbanı olub
32
15:59 / 06 May 2025
Şolz Almaniya kansleri seçkilərində Merzin uğursuzluğunu "absurd" adlandırıb
27
15:40 / 06 May 2025
Səfirlik İspaniyanın Rusiya vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çağırışlarına reaksiya verib
22
15:24 / 06 May 2025
Bu şəxslər 65 yaşından tez pensiyaya ÇIXACAQ
287
15:19 / 06 May 2025
İran-ABŞ danışıqlarının dördüncü raundunun tarixi və yeri açıqlanıb
26
15:13 / 06 May 2025
Suriya Prezidenti basketbol oynadı - VİDEO
30
15:11 / 06 May 2025
Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb
40
15:09 / 06 May 2025
Polşa prezidenti Trampdan Rusiyaya daha çox təzyiq göstərməyi xahiş edib
35
14:51 / 06 May 2025
Yeni təyinatlar oldu — FOTO
967
14:22 / 06 May 2025
Çin CIA-nı Çin vətəndaşlarına edilən müraciətə görə "vəhşi hücumda" ittiham edir
40
14:20 / 06 May 2025
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
44
14:10 / 06 May 2025
Azərbaycanlılar internetdə ən çox bunları axtarırlar - SİYAHI
191
14:09 / 06 May 2025
Leyla Əliyevanın şir balası ilə maraqlı - Görüntüləri
142
13:52 / 06 May 2025
“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”
162
13:51 / 06 May 2025
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
68
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.